XƏBƏRLƏR / İdman

“Qarabağ” – “Zirə” oyunu: 2:1

Azərbaycan Kubokunun qalibi bəlli oldu

“Qarabağ” – “Zirə” oyunu: 2:1
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 22:00

    "Qarabağ" 2:1 hesabı ilə ölkə kubokuna sahib oldu.

    Azərbaycan Kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub.

    Fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.

    O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə adını tabloya yazdırıb.

    Qeyd edək ki, A.Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.

    ***

    kinci hissədə Abdulla Zubir "Qarabağı" 2:1 hesabı ilə irəli çıxarır.

    İbrahimli, 58 (1:1), Zubir, 62 (2:1)

    ***

    21:04

    Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasının ilk hissəsi başa çatıb.

    "Liv Bona Dea Arena"da keçirilən matçın ilk yarısından sonra Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib. Qolu 42-ci dəqiqədə Olavio Juninyo vurub.

    ***

    20:18

    Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasına start verilib.

    “Liv Bona Dea Arena”da keçirilən görüş 20:00-da başlayıb.

    Oyunu Rəvan Həmzəzadə idarə edir.

    Azərbaycan Kubokunun finalında keçiriləcək “Qarabağ” – “Zirə” oyunu üçün heyətlər:

    “Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.

    “Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.

    ***

    09:07

    Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

    Finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.

    "Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.

    Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.