XƏBƏRLƏR / İdman

Azərbaycan millisi ilk dəfə Olimpiadaya vəsiqə qazandı

Bu nailiyyəti 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması əldə edib

Azərbaycan millisi ilk dəfə Olimpiadaya vəsiqə qazandı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiadada komanda idman növündə təmsil olunacaq!

    Bu nailiyyəti 3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan yığması əldə edib. Honq-Konqda keçirilən seçmə finalda yığmamız Polşa yığmasını əlavə vaxtda məğlub edib - 18:17.

    Qeyd edək ki, Basketbol komandasının dörd idmançı ilə təmsil olunacağını nəzərə alsaq, hazırda Azərbaycanın 17 olimpiya lisenziyası və 20 gələcək olimpiya iştirakçısı var.

    Bundan əvvəl:

    Ruslan Lunev (atıcılıq, 10 metr),

    Murad Allahverdiyev (boks, 80 kq),

    Maqomed Abdullayev (boks, 92 kq-dan yuxarı),

    Anna Skidan (atletika, çəkic atma),

    Zöhrə Ağamirova (bədii gimnastika)  ,

    Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq),

    Sənan Süleymanov (Yunan-Roma güləşi, 77 kq),

    Xasrət Cəfərov (Yunan-Roma güləşi, 67 kq),

    Qaşım Maqomedov (taekvondo, 58 kq),

    Nicat Hüseynov (boks, 51 kq) kq),

    Selcan Maxsudova (batut),

    Əliabbas Rzazadə (sərbəst güləş, 57 kq),

    Hacı Əliyev (sərbəst güləş, 65 kq),

    Turan Bayramov (sərbəst güləş, 74 kq),

    Osman Nurməhəmmədov (sərbəst güləş, 86 kq)

    və Giorgi Meşvildişvili (sərbəst güləş, 125 kq) Parisə vəsiqə qazanıblar.