XƏBƏRLƏR / İdman

"Qarabağ" Xorvatiya klubunu məğlub edib

"Köhlən atlar" bu gün növbəti yoxlama görüşündə “Əl-Şabab” (BƏƏ) klubu ilə üz-üzə gələcək

"Qarabağ" Xorvatiya klubunu məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoldaşlıq matçını keçirib.

    Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiya təmsilçisi "Slaven"lə qarşılaşıb.

    Görüş Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Musa Qurbanlı rəqib qapısından keçirib.

    Qeyd edək ki, "köhlən atlar" bu gün növbəti yoxlama görüşündə “Əl-Şabab” (BƏƏ) klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.