“Sabah” uduzdu amma yaxşı vuruşdu
Dortmund “Borussiya”sı ilə görüş qarşılıqlı hücumlar şəraitində keçib
“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda III turda Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib.
Görüş qarşılıqlı hücumlar şəraitində keçib. İlk hissədə tərəflər hərəyə bir qol vurublar. İkinci hissədə qonaqlar qələbə topunu vurmağı bacarıblar - 2:1.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Sabah” – “Borussiya Dortmund" 1:2
Qollar: E. Makkarti, 39 - S. Qirassi, 10, 53
1 dəqiqədən az