XƏBƏRLƏR / İdman

Bakıda FIFA U-15 dünya çempionatı start götürür FOTO

YENİLƏNİB

Bakıda FIFA U-15 dünya çempionatı start götürür FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:30

    FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər.

    Səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər. İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 qarşılaşma nəzərdə tutulub.

    FIFA U-15 dünya çempionatı və festivalı ümumilikdə 22–30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün start verilib. İlk dəfə keçirilən turnir FIFA üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

    İlk oyun günü bu axşam “Kristal Zal”da davam edəcək. Burada turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca isə Azərbaycan milli komandası Şərqi Timor yığması ilə qarşılaşacaq.

    Yüksəksəviyyəli qonaqların səfəri FIFA, AFFA və yerli təşkilat qurumları arasında sıx əməkdaşlığı əks etdirir. FIFA U-15 dünya çempionatı və festivalı gənc futbolçuların inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və futbolun qlobal miqyasda inkişafına töhfə verməyi hədəfləyir.

    ***

    08:48

    Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. Tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək.

    Dünya çempionatında 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Yarışın açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları “Kristal Zal”da baş tutacaq.

    Azərbaycan dünya çempionatında Famil Xəlilovun başçılıq etdiyi U-16 yığması ilə təmsil olunacaq. Komanda “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.

    Qeyd edək ki, dünya çempionatının rəsmi açılış mərasimi bu gün saat 19:00-da "Kristal Zal"da təşkil olunacaq.