XƏBƏRLƏR / İdman

“Sabah” bu gün Dortmund “Borussiya”sını qəbul edir

Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:45-də start götürəcək

“Sabah” bu gün Dortmund “Borussiya”sını qəbul edir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabah” komandası bu gün UEFA Çempionlar Liqasındada növbəti oyununu keçirəcək.

    Azərbaycan çempionu liqa mərhələsinin III turunda Bakıda Almaniyanın ən tanınmış və titullu klublarından olan “Borussiya Dortmund”la qarşılaşacaq.

    Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:45-də start götürəcək. Matçı ispaniyalı FIFA referisi Xavyer Alberola Roxas idarə edəcək.

    Sabah (ehtimal olunan heyət): Stas Pokatilov, Steve Solvay, Aiden McCarthy, Akim Zedadka, Timotheusz Puhač, Ivan Lepinica, Umarali Rahmonaliev, Du Queiroz, Kahim Parris, Veljko Simić, Joy-Lance Mikkels.

    Baş məşqçi: Valdas Dambrauskas.


    Borussia (ehtimal olunan heyət): Gregor Kobel, Waldemar Anton, Niko Schlotterbeck, Kouakou Gadou, Daniel Svensson, Julian Reierson, Job Bellingham, Felix Nmecha, Ethan Nwaneri, Maximilian Bayer, Serou Guirassy.

    Baş məşqçi: Niko Kovac.

    Qeyd edək ki, ilk iki turdan sonra hər iki komandanın aktivində 3 xalı var. Turnir cədvəlində “Borussiya Dortmund” 18-ci, “Sabah” isə 22-ci pillədə qərarlaşıb.