XƏBƏRLƏR / İdman

Azərbaycan güləşçisi Paris Olimpiadasının yarımfinalında

Həsrət Cəfərov 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib

Azərbaycan güləşçisi Paris Olimpiadasının yarımfinalında
Həsrət Cəfərov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:16

    Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.

    67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

    Rəqibinə 3:1 hesabı ilə qalib gələn H.Cəfərov yarımfinala vəsiqə qazanıb.

    Digər yunan-Roma güləşçimiz Rafiq Hüseynov (92 kiloqram) isə 1/8 finalda macarıstanlı David Loşontsiyə uduzub.

    Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

    ***

    13:54

    Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

    67 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində Misirdən olan rəqibi Mohamed Elsayedlə qarşılaşıb.

    Görüş idmançımızın 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Digər yunan-Roma güləşçimiz Rafiq Hüseynov (92 kiloqram) isə 1/8 finalda macarıstanlı David Loşontsini sınağa çəkəcək.

    Bu gün, həmçinin Sənan Süleymanov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

    Hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.