XƏBƏRLƏR / İdman

“Qarabağ” bu gün ÇL-da növbəti oyununu keçirəcək

"Köhlən atlar" Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək

“Qarabağ” bu gün ÇL-da növbəti oyununu keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

    Azərbaycan çempionu Liqa mərhələsinin II turunda Bakıda Danimarkanın “Kopenhagen” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edəcək.

    Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin ilk turunda Portuqaliyada "Benfika"ya 3:2 hesabı ilə qalib gəlib. "Kopenhagen" isə öz meydanında Almaniyanın "Bayer" klubu ilə heç-heçə edib - 2:2. Turnir cədvəlində Azərbaycan təmsilçisi 3 xalla 13-cü, Danimarka klubu 1 xalla 24-cü pillədə qərarlaşıb.