XƏBƏRLƏR / İdman

"Qarabağ" mübarizəni dayandırdı

Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb 

"Qarabağ" mübarizəni dayandırdı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Polşanın "Rakuv" komandasını qəbul edib.

    Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb.

    Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdirib, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

    Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.

    Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

    Xatırladaq ki, avqustun 2-də “Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlamışdı.

    Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.

    Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edib.

    Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.