XƏBƏRLƏR / İdman

"Qarabağ" Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb

"Qarabağ" Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" klubu Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

    Qeyd edək ki, Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan millisində 29 oyun keçirib.