XƏBƏRLƏR / İdman

“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı

Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək

“Formula 1” üzrə 2025-ci il Azərbaycan Qran-Prisinin vaxtı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.

    Gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.

    Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.

    Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.

    Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.