XƏBƏRLƏR / İdman

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində 3 medalı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən turnirində gümüş medal qazanıb

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində 3 medalı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurublar

    Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.

    81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.

    Bu gün mübarizəyə başlayan digər cüdoçularımız rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

    Bununla da Azərbaycan millisi “Böyük Dəbilqə"ni 3 medalla başa vurub.

    Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kiloqram) qızıl, Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.