XƏBƏRLƏR / İdman

“Əl-Nəsr” “İnter Mayami”ni darmadağın etdi

Zədə səbəbindən Ronaldo bu görüşdə çıxış etməyib

“Əl-Nəsr” “İnter Mayami”ni darmadağın etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Portuqaliyalı ulduz Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə Lionel Messinin formasını geyindiyi ABŞ-ın “İnter Mayami” klubu arasında yoldaşlıq görüşü keçirilib.

    Zədə səbəbindən Ronaldonun çıxış etmədiyi görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb.

    “Əl-Nəsr” rəqibinin qapısından 6 cavabsız top keçirib.

    Meydan sahiblərinin heyətində Anderson Taliska het-trik edib. Digər qolları isə Otavio, Laporte və Marran rəqib qapısından keçiriblər.

    Qeyd edək ki, “İnter Mayami”ə Lionel Messi qarşılaşmanın 83-cü dəqiqəsində meydana çıxıb.