XƏBƏRLƏR / İdman

UEFA Superkubokunun qalibi bəlli olub YENİLƏNİB

UEFA Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Aston Villa” üz-üzə gəlib

UEFA Superkubokunun qalibi bəlli olub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avstriyanın Zalsburq şəhərindəki “Stadion Salzburq”da baş tutan həlledici qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Aston Villa” üz-üzə gəlib.

    Üç qolun vurulduğu dueldə parislilər qələbəyə seviniblər.

    Qeyd edək ki, PSJ ötən il UEFA Superkubokunu qazanıb. “Aston Villa” isə tarixində ikinci dəfə bu kuboku qazanıb.

    UEFA Superkuboku
    PSJ - "Aston Villa" 2:1
    Qollar: X. Kvaratsxeliya, 20, D. Due, 61 - B. Maco, 45

    ***

    2026-08-12 10:43

    Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq.

    Avstriyanın Zalsburq şəhərindəki “Stadion Salzburg”da baş tutacaq həlledici qarşılaşmada UEFA Çempionlar Liqasının qalibi PSJ ilə Avropa Liqasının qalibi “Aston Villa” üz-üzə gələcək.

    Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

    Qeyd edək ki, PSJ ötən il UEFA Superkubokunu qazanıb. “Aston Villa” isə tarixində ikinci dəfə bu kubok uğrunda mübarizə aparacaq.