XƏBƏRLƏR / İdman

"Qarabağ"da müəyyən problemlər var VİDEO

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib

"Qarabağ"da müəyyən problemlər var VİDEO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Əvvəlcə ötən gün Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Sabah"ı təbrik edirəm. Böyük uğurdur. Bizə gəlincə, oyuna yaxşı hazırlaşmışıq. Uğurlu nəticə qazanmaq istəyirik. İnanıram ki, futbolçular sonadək döyüşəcəklər. Sabah müəyyən rotasiyalar olacaq. VİDEO

    Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda Ukraynanın “Dinamo” (Kiyev) komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

    "İlk oyunda hücum xəttində rotasiyalar etdik. Səhvlər hər zaman olur. Rəqiblər səni səhvə məcbur edirlər. Bir də matçda temp zəif olanda bunlar baş verir. Hələ də oyunçular bir-birlərini meydanda tam olaraq tamamlaya bilmirlər. Üç matçdır ki, qol vura bilmirik. Bu da bizə psixoloji təsir göstərir. Əlbəttə ki, komandada müəyyən problemlər var. Ən yaxşı vaxtımızda belə problemlər olub", - deyə baş məşqçi əlavə edib.

    İlk görüşdə Abdullah Zubirin fərqli mövqedə oynamasına toxunan çalışırdırıcı bu sualın futbolçuya verilməli olduğunu söyləyib: "Çünki bəzən oyunçu özü də düşənməlidir ki, mən niyə öz yerimdə oynamıram".

    Baş məşqçi Zubirin komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirmək istəməyib: “Bu cür xəbərlər hər dəfə olur. Gəlin, sabahkı oyun barədə düşünək. Hazırda fikrimizi cavab görüşünə yönəltmişik".

    Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Dinamo” oyunu saat 20:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesablı qələbə qazanıb.