XƏBƏRLƏR / İdman

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxır

Ağdam klubundan verilən məlumata görə, biletlər gün ərzində satışda olacaq

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk matçın biletləri sabah satışa çıxarılacaq.

    Ağdam klubundan verilən məlumata görə, biletlər gün ərzində satışda olacaq. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar.

    Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-da başlayacaq.