Məhəmməd Muradlı "Dubai Open-2024" turnirinin qalib olub
Şahmatçımız 9 mümkün xaldan 7 xal toplaya bilib
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Open-2024" beynəlxalq turnirinin qalibi olub. Son turu lider kimi başa vuraraq, final oyununda heç-heçə edib. Muradlı 9-cu turda Çin şahmatçısı Dai Çanqrenlə xal bölüb.
9 mümkün xaldan 7 xal toplayan Muradlı turnirin qalibi olub.