XƏBƏRLƏR / İdman

FIFA U-15: Azərbaycan millisi bu gün iki oyun keçirəcək

Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib

FIFA U-15: Azərbaycan millisi bu gün iki oyun keçirəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək.

    Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq.

    Yığma əvvəlcə saat 12:45-də Andorra ilə üz-üzə gələcək. Növbəti rəqib isə Avstraliya seçməsi olacaq. Həmin qarşılaşma saat 19:30-da başlayacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

    Azərbaycan millisi mundialdakı ilk oyununda ötən gün Timor-Leste yığmasına 6:0 hesabı ilə qalib gəlib.

    Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.