XƏBƏRLƏR / İdman

Azərbaycanın bədii gimnastı çıxışını başa vurub YENİLƏNİB

Zöhrə Ağamirova sonuncu çıxışını gürzlə edib

Azərbaycanın bədii gimnastı çıxışını başa vurub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:47

    Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova “Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

    Təsnifat mərhələsində fərdi çoxnövçülükdə mübarizə aparan idmançı son olaraq gürzlərlə hərəkətlərdə bacarığını nümayiş etdirib. O, bu çıxışına görə hakimlərdən 26,750 xal alıb.

    Daha əvvəl top, halqa və lentlərdə qüvvəsini sınayan Zöhrə dörd hərəkətin cəminə görə ümumilikdə 117,850 xal toplayıb.

    Bu göstərici ilə təmsilçimiz yarışı 24 idmançı arasında 18-ci pillədə başa vurub.

    Qeyd edək ki, yalnız ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.

    ***

    18:22

    Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü dəfə çıxış edib.

    23 yaşlı idmançı bu dəfə lentlə bacarığını göstərib.

    Təmsilçimiz 28.400 xala layiq görülüb. Ağamirova sonuncu çıxışını gürzlə edəcək.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***
    14:45

    Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

    23 yaşlı idmançı bu dəfə halqalarla bacarığını göstərib.

    Təmsilçimiz 32.500 xala layiq görülüb. Ağamirova lent və gürzlə də çıxış edəcək. O, hələlik 5-ci sırada qərarlaşıb.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

    ***

    12:58

    Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

    23 yaşlı idmançı fərdi çoxnövçülükdə ilk olaraq topla hərəkətlərdə çıxış edib.

    Təmsilçimiz 30.200 xala layiq görülüb. Ağamirova halqa, lent və gürzlə də bacarığını göstərəcək. O, hələlik 7-ci sırada qərarlaşıb.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.