XƏBƏRLƏR / İdman

"Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi

Oyun Misli Premyer Liqasında XXXIV tur çərçivəsində keçirilib

"Qarabağ" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:59

    Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

    Sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

    Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib.

    Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır.

    Günün ilk matçında "Kəpəz" "Sumqayıt"a qalib gəlib - 1:0.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

    ***

    20:00

    Misli Premyer Liqasının XXXIV turunda daha bir oyun keçirilib.

    Günün ilk matçında "Kəpəz" "Sumqayıt"la üz-üzə gəlib.

    Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.

    Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Kəpəz" səkkizinci pilləyə yüksəlib. "Sumqayıt" 30 xalla 9-cudur.

    Günün ikinci görüşündə, saat 20:00-da "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək.

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.

    ***

    10:36

    Misli Premyer Liqasında XXXIV tura bu gün yekun vurulacaq.

    Günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək.

    Qarşılaşma saat 18:00-da start götürəcək. Gəncə klubu 29 xalla doqquzuncu, "gənclik şəhəri" təmsilçisi 30 xalla səkkizinci pillədə qərarlaşıb.

    Günün ikinci matçında "Qarabağ" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Qarşılaşma saat 20:00-da başlayacaq. Çempionluğu təmin etmiş "köhlən atlar"ın 80 xalı var. Qonaqlar 55 xalla üçüncüdür.

    Misli Premyer Liqası

    IV dövrə, XXXIV tur

    11 may

    18:00. “Kəpəz” – “Sumqayıt”

    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.

    VAR: Elçin Məsiyev.

    AVAR: Pərvin Talıbov.

    Hakim-inspektor: Vüsal Əliyev.

    AFFA nümayəndəsi: Erkin Hüseynov.

    Tovuz şəhər stadionu

    20:00. “Qarabağ”– “Araz-Naxçıvan”

    Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

    VAR: Rauf Cabarov.

    AVAR: Rəhman İmami.

    Hakim-inspektor: Anar Salmanov.

    AFFA nümayəndəsi: Nəriman Axundov.

    “Azərsun Arena”

    Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.