XƏBƏRLƏR / İdman

DÇ-2026: Bu gün Fransa İspaniya ilə qarşılaşacaq

Bu gün ilk finalçı müəyyənləşəcək

DÇ-2026: Bu gün Fransa İspaniya ilə qarşılaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ilk oyunu bu gün keçiriləcək.

    Raundun ilk matçında Fransa və İspaniya milliləri münasibətlərə aydınlıq gətirəcəklər.

    Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İngiltərə - Argentina duelinin güclüsü ilə üz-üzə gələcək.

    DÇ-2026

    14 iyul

    23:00. Fransa - İspaniya

    Baş hakim: İvan Barton (Salvador).

    Dallas stadionu

    Xatırladaq ki, DÇ-2026-nın final oyunu iyulun 19-da keçiriləcək.