XƏBƏRLƏR / İdman

Azərbaycan İsveçi 3:0 hesabı ilə məğlub edib

AVRO-2024-ün seçmə mərhələsində IX tura start verilib

Azərbaycan İsveçi 3:0 hesabı ilə məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • AVRO-2024-ün seçmə mərhələsində IX tura start verilib.

    F qrupunda mübarizə aparan Azərbaycan millisi də növbəti oyununu keçirib.

    Yığmamız İsveçlə qarşılaşıb. Bu, Canni de Byazinin yetirmələrinin son ev matçı olub. Millimiz doğma azarkeşlər önündə İsveç millisini darmadağın edib: 3-0.

    AVRO-2024-ün seçmə mərhələsi
    F qrupu, IX tur
    16 noyabr
    21:00. Azərbaycan - İsveç 3-0

    Qol: E. Mahmudov, 3,89, R. Dadaşov, 6

    Qırmızı kart: B. Mustafazadə, 58

    Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov

    Baş məşqçi: Canni De Byazi

    İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres

    Baş məşqçi: Yanne Anderson

    Baş hakim: Esther Staubli (İsveçrə)
    Bakı. Tofiq Bəhramov adına Respublika stadionu