XƏBƏRLƏR / İdman

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Norveçə gedir

"Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək

UEFA Çempionlar Liqası: "Sabah" bu gün Norveçə gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.

    Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

    O, bu gün çarter reysi ilə Stavanger şəhərinə yollanacaqlarını söyləyib:

    "Saat 15:00-da Norveçə yollanacağıq. Komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun gününədək bu say dəyişə bilər. Bizə olunan müraciətlər təxminən 200 civarındadır".

    Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.