Millimiz Rusiya əvəzinə Belarus yığması ilə görüşəcək
Martın 25-də Futbol üzrə Azərbaycan milli komandası Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə Azərbaycan milli komandası Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Oyun martın 25-də Bakıda keçiriləcək.
Xatırladaq ki, dünən Rusiya mətbuatında Qroznı səmasında AZAL-a məxsus təyyarənin vurulmasından sonra Azərbaycan və Rusiya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA ilə Rusiya Futbol İttifaqı arasında danışıqların dayandırılması barədə məlumat yayılmışdı.
Lakin məsələ FİFA və UEFA tərəfindən Rusiyaya qarşı qoyulan sanksialarla da bağlı ola bilər.
Rusiyadan fərqli olaraq Belarus futbolu FİFA və UEFA tərəfindən sərt sanksiyalara məruz qalmayıb. Belaruslara yalnız öz ölkələrinin ərazisində oyun keçirmək qadağandır.