XƏBƏRLƏR / İdman

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb

Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri dəqiqləşib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

    Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri dəqiqləşib.

    Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Lüdoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.

    Hər iki komanda "Qarabağ" üçün tanışdır. Belə ki, Azərbaycan təmsilçisi 2024/25 mövsümünün Çempionlar Liqasının III təsnifat mərhələsində "Lüdoqorets"lə qarşılaşıb. "Köhlən atlar" iki oyunun nəticəsinə görə rəqibini 8:4 hesabı ilə mübarizədən kənarlaşdırıb.

    2023/24 mövsümündə ağdamlılar Avropanın ən nüfuzlu klub yarışının eyni mərhələsində "Ferentvaroş"la üz-üzə gəlib. Komandamız burada da mərhələni keçən tərəf olub - 4:2.

    Qeyd edək ki, bu mərhələnin oyunları 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.