XƏBƏRLƏR / İdman

Konfrans Liqası: “Sabah” bu gün cavab oyununa çıxır

Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək

Konfrans Liqası: “Sabah” bu gün cavab oyununa çıxır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

    Komanda Moldovanın “Petrokub” kollektivini qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

    Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

    Qeyd edək ki, komandalar arasında Moldovada baş tutan ilk matçda “Sabah” 2:0 hesablı qələbə qazanıb.