XƏBƏRLƏR / İdman

“Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri

Qurban Qurbanovun komandası liqa raundunu 10 xalla 22-ci pillədə başa vurub

“Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

    Ağdam təmsilçisi 1/8 finala vəsiqə üçün PSJ (Fransa) və ya “Nyukasl” (İngiltərə) komandalarından biri ilə üz-üzə gələcək.

    Pley-off mərhələsinin püşkatması yanvarın 30-da təşkil olunacaq.

    Qurban Qurbanovun komandası liqa raundunu 10 xalla 22-ci pillədə başa vurub.