XƏBƏRLƏR / İdman

Rusiya idmançılarının ilk qrupu Gəncəyə gəlib

Onlar III MDB Oyunlarında iştirak edəcək

Rusiya idmançılarının ilk qrupu Gəncəyə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın stolüstü tennis və atıcılıq idman növlərində mübarizə aparacaq komandası III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə gəlib.

    Bu gün Rusiyadan olan idmançıları daşıyan təyyarə Gəncə Beynəlxalq Hava Limanına eniş edib.

    Gəncə Beynəlxalq Hava Limanında qonaqları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri və jurnalistlər qarşılayıb.

    Gəncəyə eniş etdikdən sonra idmançılar dərhal yarışların keçiriləcəyi məkanlara yola düşüblər.