XƏBƏRLƏR / İdman

“Paris-2024”: İlham Zəkiyev bürünc medal qazanıb

İdmançımız Qanbat Daştserenlə (Monqolustan) qarşılaşıb

“Paris-2024”: İlham Zəkiyev bürünc medal qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan paracüdoçusu İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

    J1, +90 kiloqram kateqoriyasında mübarizə aparan idmançı Qanbat Daştserenlə (Monqolustan) qarşılaşıb. Rəqibinə qalib gələn İ.Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal əldə edib.

    Qeyd edək ki, Paralimpiya Oyunlarına sentyabrın 8-də yekun vurulacaq.