XƏBƏRLƏR / İdman

“Qarabağ”- “Bayer” oyununun başlama vaxtı məlum oldu

Avropa Liqasının 1/8 finalında "Qarabağ""Bayer"lə üzbəüz gələcək

“Qarabağ”- “Bayer” oyununun başlama vaxtı məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Liqasının 1/8 finalında keçirləcək "Qarabağ"-"Bayer"lə oyunlarının başlama saatı məlum olub.

    Komandalar arasında ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.

    Cavab oyunu martın 14-də Leverkuzendəki "BayArena" stadionunda keçiriləcək və yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.

    Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.