XƏBƏRLƏR / İdman

Formula 1 qalibləri mükafatlandırıldılar

Yarışda 10 komanda mübarizə aparıb YENİLƏNİR

Formula 1 qalibləri mükafatlandırıldılar
Pyer Qasli
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 18:12

    Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

    Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.

    Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və “Qatar Airways”in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.

    Qeyd edək ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes") üçüncü olub.

    Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

    ***

    17:00

    Formula 1 Azərbaycan Qran-Prisində əsas yarışın qalibi məlum olub.

    Yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.

    Ən yaxşı nəticəni “McLaren”in avstraliyalı pilotu Oskar Piastri göstərib. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) üçüncü olub.

    Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.

    Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.

    Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

    ***

    16:45

    Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışında iki pilot mübarizəni dayandırıb.

    "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns və “Red Bull”un meksikalı sürücüsü Serxio Peresin idarə etdiyi bolid təhlükəsizlik maneəsinə çırpılıb. Onların avtomobili trasdan kənarlaşdırılıb.

    ***

    15:03

    Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

    arışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.

    Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vuracaqlar.

    Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.

    Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.

    ***

    12:50

    Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.

    "Trident" komandasından Rixard Versxor bütün rəqiblərini qabaqlayıb.

    "Art Grand Prix"dən Viktor Martins ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli üçüncü yeri tutub.

    Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da start götürəcək.

    ***

    11:51

    Bakıda keçirilən "Formula 2" üzrrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.

    Əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.

    Onlardan bir neçəsi isə dağılıb.

    Nəticədə qırmızı bayraq qaldırılıb və qısa fasilə yaranıb. Pilotlardan heç biri xəsarət almayıb.

    Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq.

    ***

    11:48

    Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

    Yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparır.

    Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

    Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

    Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.

    ***

    09:40

    "Alpin" pilotu Pyer Qasli Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.

    Bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

    Qərarı Beynəlxalq Avtomobil Federasiyasının stüardları qəbul ediblər.

    Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb.

    O, bu səbəbdən diskvalifikasiya olunub.

    Qasli sıralama turunda 13-cü yeri tutsa da, əsas yarışa sonuncu-20-ci pillədə start verəcək.

    Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq.

    ***

    07:31

    Bu gün Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.

    Əsas yarış saat 15:00-da start götürəcək.

    Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.

    Bu gün "Formula 2"də də mübarizəyə yekun vurulacaq. İkinci dərəcəli pilotların əsas yarışı saat 11:35-də başlayacaq. Burada sıralama turunda ən yaxşı nəticəni "Trident" komandasından Rixard Versxor göstərib.

    20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.

    2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.

    Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.

    Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.