XƏBƏRLƏR / İdman

Cüdoçılarımız Avropa çempionatında qızıl medal alıb

İtalianın Neapol şəhərində U-23 Avropa çempionatı keçirilir

Cüdoçılarımız Avropa çempionatında qızıl medal alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan cüdoçuları Əjdər Bağırov və Kənan Nəsibov İtaliyanın Neapol şəhərində keçirilən 23 yaşadək (U-23) cüdoçular arasında Avropa çempionatında qızıl medal qazanıblar.

    100 kq çəki dərəcəsində mübarizə aparan Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu olub.

    Həlledici görüşə gedən yolda Azərbaycan cüdoçusu İvan Kutenkovu (Ukrayna), Borna Butijanı (Xorvatiya) və Ronald Pröllü (Avstriya) məğlub edib.

    100 kq-dan yuxarı çəki dərəcəsində Kənan Nəsibov da yarışı məğlubiyyətsiz başa vurub. Finalda serbiyalı Vidak Maleviç üzərində qələbə qazanaraq titulunu qoruyub və ardıcıl ikinci il 23 yaşadək cüdoçular arasında Avropa çempionu olub.

    Finala çıxmazdan əvvəl Nəsibov Luka İvankoviçi (Xorvatiya), Yann Riqaudu (Fransa) və Morteza Souhanini (Almaniya) məğlub edib.