XƏBƏRLƏR / İdman

Türkiyə millisi uduzdu

Görüş Niderland yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb

Türkiyə millisi uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində üz-üzə gələn Niderland və Türkiyə yığmaları arasındakı oyun başa çatıb.

    Gürüş Niderland yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

    Niderland millisinin qollarını Stefan De Vray və Kodi Qakpo vurublar. Türkiyənin yeganə qoluna isə Samət Akaydın imza atıb.

    Bununla da Niderland yarımfinala vəsiqə qazanıb və İngiltərə seçməsinə rəqib olub.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya matçında milli komandanı tək qoymayıb. Merih Dəmiralın cəzalandırılmasından sonra komandaya dəstəyini göstərən prezident Ərdoğan Berlin Olimpiya Stadionundakı matçı izləyib.