XƏBƏRLƏR / İdman

AVRO-2024: İspaniya və Fransa yarımfinaldadır

İspaniya-Almaniya 2-1, Portuqaliya - Fransa oyunu 3-5, hesab ilə bitib

AVRO-2024: İspaniya və Fransa yarımfinaldadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Erkən final adlandırılan bu oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran İspaniya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

    ***

    Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Portuqaliya və Fransa yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

    Hamburqdakı “Folksparkştadion"da keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşdığından, qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.

    Burada daha dəqiq oynayan (5:3) fransızlar yarımfinala yüksələrək İspaniyaya rəqib olublar.

    Qeyd edək ki, İspaniya - Fransa matçı iyulun 9-da, saat 23:00-da start götürəcək.