XƏBƏRLƏR / İdman

Ərdoğan Şuşaya gəlməyəcək

Bu barədə Türkiyənin "A Haber" televiziyası məlumat yayıb

Ərdoğan Şuşaya gəlməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Türk Dövlətləri Təşkilatının sammiti üçün Şuşaya səfərini təxirə salıb.

    Həmin gün Ərdoğan Türkiyə və Hollandiya milliləri arasında futbol üzrə Avropa çempionatının 1/4 final matçına qatılacaq.

    “A-Haber” telekanalı xəbər verir ki, bu qərar Avstriya ilə oyunda “boz qurd” işarəsi göstərən türkiyəli futbolçu Merih Dəmirəllə bağlı yaranmış vəziyyətlə əlaqədar verilib.

    Avropalılar burada millətçilik və irqçilik elementlərini gördülər və UEFA indi Dəmirəlin məsələsinə baxır. Əslində Ərdoğan Almaniyaya Türkiyə komandasına dəstək olmaq üçün gedir.

    Şuşada keçiriləcək sammitdə Prezident Ərdoğanın yerinə vitse-prezident Cevdet Yılmaz iştirak edəcək.