XƏBƏRLƏR / İdman

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksəldi

Türkiyə-Avstriya: 2- 1

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksəldi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşü başa çatıb.

    Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" qələbə qazanıb - 2:1.

    Türkiyə millisinin heyətində 1-ci və 59-cu dəqiqələrdə fərqlənən Merih Demiral dubl müəllifi olub. 66-cı dəqiqədə avstriyalılardan Mixael Qreqoriç fərqlənib.

    Türkiyə millisi 1/4 finalda Niderlanda rəqib olub.