XƏBƏRLƏR / İdman

Mariya Stadnik Paris-2024-də ikinci görüşdə uduzdu

Beşinci Olimpiadada iştrak edən güləşçimiz yarımfinala çıxa bilmədi

Mariya Stadnik Paris-2024-də ikinci görüşdə uduzdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:22

    Mariya Stadnik 1/4 finalda Otqonjarqal Dolqorjavlaya (Monqolustan) uduzub.

    Görüş 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Dolqoryav finala çıxsa, güləşçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

    ***

    14:43

    Azərbaycanın qadın güləşçisi Mariya Stadnik "Paris-2024" Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

    50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısı 1/8 finalda Almaniya təmsilçisi Anastasiya Blayvası sınağa çəkib.

    Rəqibini 6:2 hesabı ilə məğlub edən titullu güləşçimiz 1/4 finala yüksəlib.