XƏBƏRLƏR / İdman

Paris-2024: Əbülfəz Abuzərli 1/4 finalda uduzub

O, məğlubiyyətə rəğmən təsəlliverici görüşə çıxacaq

Paris-2024: Əbülfəz Abuzərli 1/4 finalda uduzub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:58

    Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında mübarizəyə qoşulan parataekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) 1/4 finalda uduzub.

    K44 kateqoriyasında mübarizə aparan idmançımız meksikalı Luis Najeraya (Meksika) məğlub olub - 3:6.

    Ə.Abuzərov məğlubiyyətə rəğmən təsəlliverici görüşə çıxacaq. O, serbiyalı Nikola Spayiçlə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

    Qeyd edək ki, Paris-2024-ə avqustun 8-də yekun vurulacaq.

    ***

    13:38

    Azərbaycan parataekvondoçusu Əbülfəz Abuzərli (K44 kateqoriyası) “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk görüşünü keçirib.

    80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda filippinli Allan Keanu Qanapinlə qarşılaşıb.

    Rəqibini 12:9 hesabı ilə məğlub edən parataekvondoçumuz 1/4 finala vəsiqə əldə edib.

    Paraüzgüçü Könül Süleymanova isə (hər ikisi S12 kateqoriyası) 50 məsafəyə arxası üstə üzmə yarışında final mərhələsinə yüksələ bilməyib.

    Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində iki medal var. Parataekvonduçulardan İmaməddin Xəlilov (K44 kateqoriyası, 70 kiloqram) Paralimpiya çempionu olub, Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) isə bürünc mükafat qazanıb.