XƏBƏRLƏR / İdman

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazanıb

Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

    S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb.

    Finişə 1 dəqiqə 1,29 saniyə ilə birinci çatan paraüzgüçü finala vəsiqəni təmin edib.

    Final mərhələsi Bakı vaxtı ilə 19:30-da başlayacaq.