Ronaldu antirekorda imza atıb
O, üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçudir
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu XXI əsrdə antirekorda imza atıb.
"Sofascore" nəşri xəbər verir ki, bu, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Sloveniya ilə oyununda gerçəkləşib.
Əlavə vaxtda (105-ci dəqiqə) penaltidən yararlana bilməyən 39 yaşlı hücumçu bir yığmanın heyətində üç turnirdə 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən ilk avropalı futbolçu olub.
O, AVRO-2016-da Avstriya, DÇ-2018-də isə İran millisi ilə matçlarda penaltini qaçırıb.
Qeyd edək ki, penaltilər seriyasında rəqibini 3:0 hesabı ilə üstələyən Portuqaliya millisi 1/4 finalda Fransanın rəqibi olub.