XƏBƏRLƏR / İdman

Sabah Şəriəti və Murad Məmmədov bu gün yarışa başlayırlar

Paris Olimpiadasında Yunan-Roma güləşi üzrə yarışlara start verilir

Sabah Şəriəti və Murad Məmmədov bu gün yarışa başlayırlar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Paris-2024 Olimpiya oyunlarında Yunan-Roma güləşi üzrə yarışlara Azərbaycan idmançıları Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) qatılırlar.

    Şəriəti saat 17:00-da (Bakı vaxtı ilə), Məmmədov isə 17:10-da (Bakı vaxtı ilə) xalçaya çıxacaqlar.