XƏBƏRLƏR / İdman

“Paris-2024”: Daha iki güləşçimiz mübarizəyə başlayır

Bu gün, həmçinin 130 kiloqramda çıxış edən Sabah Şəriəti bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq

“Paris-2024”: Daha iki güləşçimiz mübarizəyə başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycanın daha iki güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayır.

    Ölkəmizin ən titullu qadın güləşçisi Mariya Stadnik (50 kiloqram) Almaniya idmançısı Anastasiya Blayvası sınağa çəkəcək. Yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kiloqram) isə Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyanla qarşılaşacaq. Hər iki qarşılaşma 1/8 final mərhələsində baş tutacaq.

    Bu gün, həmçinin 130 kiloqramda çıxış edən Sabah Şəriəti bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

    Azərbaycan atleti Anna Skidan isə çəkicatma üzrə yarışın final mərhələsində mübarizə aparacaq.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində iki medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.