XƏBƏRLƏR / İdman

Almaniya millisinin əfsanəvi futbolçusu vəfat etdi

Veteran müdafiəçi Andreas Brehmenin ölümünə ürəktutması səbəb olub

Almaniya millisinin əfsanəvi futbolçusu vəfat etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Almaniya millisinin sabiq futbolçusu Andreas Brehme 64 yaşında dünyasını dəyişib.

    Veteran müdafiəçinin ölümünə ürəktutması səbəb olub.

    Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Andreas Brehme 1990-cı il dünya çempionatının finalında Argentina seçməsinin qapısına vurulmuş yeganə qolun müəllifi olub. Həmin görüşdə Bundestim 1:0 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb. A.Brehme karyerası ərzində ölkəsinin “Bavariya” və “Kayzerslautern”, İtaliyanın “İnter” və İspaniyanın “Saraqosa” klublarında da çıxış edib.