XƏBƏRLƏR / İdman

"Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək

"Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

    Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin ilk oyununda Bakıda Bolqarıstanın “Ludoqorets” klubunu qəbul edəcək.

    Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçın baş hakimi isveçrəli Urs Şnider olacaq.

    UEFA Çempionlar Liqası

    III təsnifat mərhələsi, ilk oyun

    20:00. “Qarabağ” – “Ludoqorets”
    Baş hakim: Urs Şnider
    Tofiq Bəhramov adına Respublika stadionu

    Qeyd edək ki, cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.