XƏBƏRLƏR / İdman

İspaniya Gürcüstanı böyük hesabla məğlub edib

AVRO 2024

İspaniya Gürcüstanı böyük hesabla məğlub edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İspaniya və Gürcüstan milli komandaları üz-üzə gəlib.

    Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada ispanlar rəqiblərini böyük hesabla məğlub ediblər – 4:1.

    Oyunun 18-ci dəqiqəsində ispaniyalı Roben Le Norman topu öz qapısına göndərib.

    Qarşılaşmanın 39-cu dəqiqəsində Rodri hesaba tarazlıq gətirib.

    Matçın 51-ci dəqiqəsində Fabian Ruiz komandasını hesabda önə çıxarıb.

    Niko Uilyams 75-ci dəqiqədə fərqlənərək ispanların üstünlüyünü bir az da artırıb.

    Oyunda son nöqtəni 83-cü dəqiqədə Dani Olmo qoyub.

    Bununla da İspaniya milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.