XƏBƏRLƏR / İdman

“Neftçi” “Turan Tovuz”la oyunda qələbəni əldən verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turudur

“Neftçi” “Turan Tovuz”la oyunda qələbəni əldən verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

    “Neftçi” səfərdə “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda oynanılan görüşdə qalib müəyyənləşməyib – 1:1.

    Hesabı 72-ci dəqiqədə paytaxt klubu açıb. Yeqor Boqomolski komandasını önə keçirib. Meydan sahiblərinin bərabərlik qoluna isə 88-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

    Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 31 xalı olan “Turan Tovuz” isə 5-ci sıraya yüksəlib.

    Günün ikinci oyunu “ASCO Arena”da “Səbail” və “Sabah” komandaları arasında olacaq. Görüş saat 17:30-da başlayacaq.

    Qeyd edək ki, ötən gün keçirilmiş açılış matçında “Kəpəz” “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Tura fevralın 25-də keçiriləcək “Araz-Naxçıvan” – “Zirə” və “Qarabağ” – “Sumqayıt” oyunları ilə yekun vurulacaq.