XƏBƏRLƏR / İdman

“Qarabağ”ın qələbəsi kluba 4,3 mln avro qazandırdı

Komanda Çempionlar Liqasının əsas püşkatma mərasiminə vəsiqə qazansa, 4 dəfə çox qazanacaq

“Qarabağ”ın  qələbəsi kluba 4,3 mln avro qazandırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Razqradda Bolqarıstanın “Ludoqorets”i üzərində qazandığı qələbə (7:2, ilk oyun - 1:2) sayəsində nə qədər qazandığı məlum olub. 

    "azerisport.com" xəbər verir ki, UEFA yeni mövsümdən etibarən turnirlərin qaydalarına dəyişiklik edib, artırılan bonuslara yenidən baxıb. Belə ki, ağdamlılar Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə üçün 4,3 milyon avro (təxminən 8 milyon manat) alacaq. Komanda Çempionlar Liqasının əsas püşkatma mərasiminə vəsiqə qazansa, daha 18,62 milyon avro (təxminən 35 milyon manat) qazanacaq.

    Xorvatiya “Dinamo”suna məğlub olacağı təqdirdə “atlar” Avropa Liqasının əsas mərhələsində iştirak edəcək və daha 4,3 milyon avro (təxminən 8 milyon manat) qazanacaq.