Azərbaycan futbol yığması İrlandiyaya 16:0 uduzub
17 yaşadək qızlardan ibarət yğmamız Avropa çempionatının seçmə mərhələsində iştirak edir
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti matçını keçirib.
Futbolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb.
Görüş komandamız üçün faciəvi sonluqla yekunlaşıb. Təmsilçilərimiz ilk hissədə 9, ikinci yarıda 7 qol buraxıblar.
Matç rəqibin 16:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, bu, seçmə mərhələsinin I turunun oyunu olub.
1 dəqiqədən az