XƏBƏRLƏR / İdman

Çempionlar Liqası: "Qarabağ"-" Lincoln Red Imps" 4:0

Bakı Olimpiya Stadionunda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa start verilir YENİLƏNİR

Çempionlar Liqası: "Qarabağ"-" Lincoln Red Imps" 4:0
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 62' "Qarabağ"ın təzyiqi davam edir. Yankoviçin zərbəsindən sonra top Yahainin ayağına dəyib qapıdan keçdi - 4:0.

    ***

    49' "Qarabağ"ın hücumu Cidjanın topu qonaqların qapısına göndərməsi ilə başa çatıb 3:0

    İkinci hissə başladı

    ***

    Veşoviçin ötürməsindən sonra Mustafazadə başıyla topu qapıya göndərir - 2:0. (45+1)

    Birinci hissənin sonu 

    ***

    Qarabağ (Azərbaycan) - LİNKOLN (Cəbəllütariq) - 1:0 (Birinci hissə)
    Zubir, 7 (1:0)

    ***

    Qurban Qurbanovun komandası bu gün Bakıda Cəbəllütariqdən olan qonaqları qəbul edir. İlk oyundan sonra ağdamlıların üstünlüyü olsa da, minimaldır, daha inamlı nəticə əldə etmək arzuolunandır. “Qarabağ”ın start heyətində iki dəyişiklik görmək olar: Kevin Mədinə və Nəriman Axundzadəni Bədavi Hüseynov və Yasin Benzia əvəz edəcək. Çox güman ki, Mədinə bir həftə əvvəl “Qarabağ”da son oyununu keçirib və tezliklə Türkiyənin “Rizəspor”una keçəcək. Amma bəlkə də bu gün görəcəyik. Nə və necə olacağını oyun göstərəcək.