XƏBƏRLƏR / İdman

AVRO-2024: Bu gün son iki 1/4 finalçının adı məlum olacaq

Avstriya Türkiyə ilə, Rumıniya Niderlandla qarşılaçacaq

AVRO-2024: Bu gün son iki 1/4 finalçının adı məlum olacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final oyunlarına yekun vurulacaq.

    Baş tutacaq iki qarşılaşmadan sonra 1/4 final mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.

    Günün ilk matçında E qrupunu lider tamamlayan Rumıniya ilə D qrupunun üçüncüsü Niderland millisi qarşılaşacaq. Görüş Münhendəki "Alyans Arena"da keçiriləcək.

    Digər qarşılaşmada isə D qrupunu ilk sırada başa vuran Avstriya və F qrupunda ikinci pilləni tutan Türkiyə yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Leyptsiq şəhərindəki "Red Bull Arena"da reallaşacaq.

    AVRO-2024

    1/8 final

    2 iyul

    20:00. Rumıniya - Niderland

    Baş hakim: Feliks Şvayer (Almaniya).

    Münhen, "Alyans Arena".

    23:00. Avstriya - Türkiyə

    Baş hakim: Artur Diaş (Portuqaliya).

    Leyptsiq, "Red Bull Arena".

    Qeyd edək ki, ötən axşam Avro-2024-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

    Əvvəlcə Fransa Belçika ilə üz üzə gəlib. 1:0 hesabı ilə qalib gələn fransızlar 1/4 finala yüksəliblər. 

    Digər oyunda Portuqaliya Sloveniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini qaytarıb. 

    Beləliklə, Fransa ilə Portuqaliya 1/4 finalda bir-birlərinə rəqib olacaqlar.

    Qeyd edək ki, bunadək keçirilən 1/8 final matçlarından sonra 1/4 finalın daha iki cütü də müəyyənləşib.

    İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə üz-üzə gələcək.